"Səhranın ağ günəşi” filmində Vereşaqinin həyat yoldaşı obrazını canlandıran aktrisa Raisa Kurkina dələduzların qurbanı olub.
sabahinfo.Az Report-a istinadla xəbər verir ki, fevralın 22-də özünü hansısa poliklinikanın baş həkimi kimi təqdim edən kişi 89 yaşlı Kurkinaya zəng edib və aktrisaya ölümcül xəstə olduğunu bildirib.
"Baş həkim” deyib ki, bu yaşda əməliyyat mümkün deyil və bunun üçün 690 min rubl (təxminən 20838 manat) dəyərində dərman almaq lazımdır. Kurkina razılaşıb və dələduz onlara gəlib. Qadının üzərində lazımi qədər pul olmayıb və aktrisa ona yalnız 45 min rubl (təxminən 1359 manat) verə bilib. Cani pulu götürərək aradan çıxıb.
Faktla bağlı cinayət işi qaldırılıb, cani asayiş keşikçiləri tərəfindən axtarılır.