Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, insident Təbrizin Xaqani küçəsində baş verib.
Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.