Terror zamanı - “Beşiktaş”ın iki əməkdaşı həlak olub

Dünən İstanbulda baş verən terror aktı zamanı həlak olanlar arasında "Beşiktaş”ın iki əməkdaşı da olub.

sabahinfo.Az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 

Onlar klubun mağazasında işləyən 29 yaşlı Tunc Uncu və "Beşiktaş”ın stadionunun təhlükəsizlik xidmətində çalışan Vəfa Karakurdudur.

Xatırladaq ki, dünən "Beşiktaş” – "Bursaspor” oyununun keçirildiyi stadionun yaxınlığında iki terror aktı həyata keçirilib. Bu gün açıqlanan rəsmi məlumata görə, hadisə zamanı ölənlərin sayı 38-ə çatıb.