Terrorda ölənlərin sayı 14-ə çatdı

Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində həlak olanların sayı 14-ə çatıb.

Bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib. Onun sözlərinə görə, 11 nəfər hadisə yerində dünyasını dəyişib.

Nazir qeyd edib ki, hazırda 49 nəfər stasionar müalicə alır: "On üç nəfər evə buraxılıb. Bütün xəstələr ən yaxşı mütəxəssislər tərəfindən müayinə olunur, dərman və qanla təmin edilir”.
azvision.az