Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu azadlığa buraxılıb. 
 
 
 
 
 
 
Musavat.com
                    
                    Qızının vəfatı ilə bağlı Tofiq Yaqublunun 7 günlüyə azadlığa 
buraxılması dünəndən gözlənilsə də, müəyyən səbəblərə görə, bu yubanıb. O artıq evinə doğru yola
 düşüb.  
 
Bu barədə T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.
 
Xatırladaq ki, ailə üzvlərindən biri 
dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq 
azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilikdə nəzərdə 
tutulur. 
 
Musavat.com