"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Suriyanın müttəfiqi rolunda çıxış edə bilər”. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd "Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Əsəd vurgulayıb ki, Tramp terrorçuluqla mübarizə məsələləri ilə bağlı seçkiöncəsi də fikirlər səsləndirib: "Təbii ki, bu, yaxşıdır. Lakin hər şey Trampın bu istiqamətdə hərəkət etməsi ilə bağlı iradəsindən asılıdır. Əgər o, bütün maneələri aşa bilsə və doğrudan da terrorçuluğa qarşı addımlar atsa, düşünürəm ki, bizim təbii müttəfiqimizə çevrilə bilər”.