ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ceyson Qrinblattı beynəlxalq danışıqlarda xüsusi nümayəndə vəzifəsinə təyin edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə gələcək prezidentin qərargahından bildirilib.
Məlumata əsasən, "Trump Organization”un baş hüquqşünası vəzifəsində çalışan Ceyson Qrinblatt "bütün beynəlxalq danışıqlarda və bütün dünyada ticarət sazişlərinin əldə olunmasında yardım göstərəcək”.
Tramp Qrinblattı etimad göstərdiyi ən yaxın müşavirlərindən biri hesab edir.
"Onun çox ciddi sazişlər üzrə mənim adımdan danışıqlar aparmaq təcrübəsi var. O, həmçinin tərəflərlə razılıq etməyi və mürəkkəb məsələlər üzrə konsensusa nail olmağı bacarır”, - deyə Tramp qeyd edib.