"sabahinfo.Az" xəbər verir ki, Endryu namizəd göstərildiyi üçün Trampa təşəkkür edərək bu vəzifədən imtina edib. Pazderin imtinaya iş və şəxsi həyatına dair tənqidlər səbəb olub.
"Hardees" "Carls Jr" adlı restoranlar şəbəkəsinin rəhbəri olan Pazder yazılı açıqlama verərək əmək naziri namizədliyindən imtina etdiyini bildirib.
Açıqlamada Endryu Trampa təşəkkür edir və bildirir: " Ailəmlə bu təklifi diqqətlə dəyərləndirdik. Müzakirələrdən sonra əmək naziri namizədliyindən geri çəkilirəm".
Pazder minimum əmək haqqının artırılmasına qarşı çıxdığı üçün tənqid edilmişdi. Endryu həm də qanunsuz işçi işlətməkdə və keçmiş arvadına qarşı sərt davranma məsələsində də tənqid hədəfi olmuşdu.
Qeyd edək ki, Maykl Flinin istefasından sonra bu Trampa dəyən ikinci zərbədir.