TRT telekanalının onlarla əməkdaşı saxlanılıb

Türkiyənin TRT telekanalının 42 əməkdaşı tutulub. 

sabahinfo.az Anadolu nəşrinə istinadən xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.   

Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.