Azərbaycanda yaşayan türk klassik musiqisinin tanınmış müğənnisi Oya Ergünkonsert verməyə hazırlaşır. O, bu haqda Milli.Az-a danışıb:
"Fevral ayının 7-də Milli Muğam Mərkəzində mənim "Barokko leys" albomumun təqdimat konserti olacaq. Konsert üçün Muğam Mərkəzini seçməyim heç də təsadüfi deyil. Belə ki, oranın səs akustikası çox gözəldir. Ayrıca salonu da çox xoş ovqatlıdır. Konsertdə balaca orkestr ilə klassik ifalar səsləndirəcəcəyik. Klassik əsərlərlə yanaşı səhnədə muğam da ifa edəcəyəm.
Vokal müəlliməsi olduğum üçün muğamı özümə məxsus tərzdə oxuyacağam. Muğam çox çətindir, düşünürəm ki, Azərbaycanda yaşayıb, muğam öyrənməmək böyük bir qəbahətdir. Mən də 5 ildir ki, burada yaşayıram. Konsertdə göstərdiyi dəstəyə görə Türkiyə səfirliyinə və Muğam Mərkəzinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm".