Türkiyə həbsxanalarındakı şübhəli ölümlərə biri də əlavə olundu.
15 İyul çevriliş cəhdinə dair aparılan istintaq çərçivəsində həbs olunan,Türk Silahlı Qüvvələrindən xaric edilmiş Kastamonu Jandarm Bölgə Komandanlığı Qərargahının keçmiş rəisi,polkovnik İrfan Kızılarslan həbsxanada qaldığı kamerada ölü tapılıb.
Kızılarslanın cənazəsi müayinə üçün Zərbə Dövlət Xəstəxanası meyitxanasına qaldırılıb və hadisə ilə bağlı istintaq başlayıb.
Xəbəri Doğan İnformasiya Agentliyi yayıb.
Agentlik vurğulayır: "İntihar" halları arta bilər.
Təcridxana mərkəzləri və həbsxanalarında artan işgəncələr,məhbusların mal varlıqlarına əl qoyulması, yaxınlarının yaşadıqları iqtisadi tənəzzül, məhbusları ziyarət edə bilməmək, həbs olunanların vəkil tapmamaları, qaldıqları həbsxanaları dəfələrlə dəyişdirilən,müxtəlif rayonlara göndərilən məhbusların üst-üstə yeni travmalar yaşamaları səbəbiylə bu halların daha da artması istisna olunmur.
Digər tərəfdən, polisə həbsxanalarındakı məhbusları istədiyi vaxt alıb, istədiyi qədər istintaq etmə səlahiyyəti verən qanunun Bakanlar Kurulundan keçəcəyi təqdirdə işgəncələrin daha da artacağı ehtimal olunur ki,bu da "şübhəli intihar" hallarının epizodik olmayacağını şərtləndirir.
Agentlik xəbər verir ki,ümumilikdə 15 İyuldan bu yana, 20 "şübhəli intihar" olub.