Türkiyə ilə Rusiya barışacaq - İddia

Türkiyə hökuməti Rusiya ilə barışacaq.

 

sabahinfo.az xəbər verir ki, bu iddia Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan deputatı Ərdoğan Torpağın hazırladığı hesabatda əksini tapıb.

 

CHP sədri Kamal Kılıçdaroğluna təqdim olunan hesabatda Binəli Yıldırım hökumətinin Rusiya ilə barışmaq üçün addımlar atdığı bildirilib:

 

"Yıldırım dostları artırıb, düşmənləri azaltma istiqamətində xarici siyasət planlaşdırır. Yaxın gələcəkdə Rusiya, Suriya, Misir və İsraillə əlaqələr dəyişəcək".