Türkiyə Silahlı Qüvvələri Ankara və Çankırıda olan tankları İraq sərhədinə göndərməyə başlayıb.
sabahinfo.az xəbər verir ki, tanklar İraqla sərhəddə yerləşən Şırnak vilayətinin Silopi rayonunda yerləşəcəklər.
Qeyd edək ki, oktyabrın 17-də İraq ordusu Mosul əməliyyatına başlayıb. Türkiyə bu əməliyyata qoşulacağını desə də, Bağdad buna izn verməyəcəyini bildirib. Hələlik Ankara Mosulun xilas edilməsi əməliyyatlarında yalnız aviasiya zərbələri endirməklə iştirak edir.