Türkiyə Silahlı Qüvvələrinin (SQ) Van və Hakkari vilayətlərində apardığı antiterror əməliyyatları zamanı 4 hərbçi və 1 təhlükəsizlik orqanının əməkdaşı ölüb.
Bu barədə Sabahinfo.az Türkiyə KIV-nə istinadən məlumat verir.
İki bölgədə davam edən əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.
Qeyd edək ki, bundan əvvəl Ağrı vilayətinin Doğubəyazid rayonunda PKK terrorçularına qarşı aparılan xüsusi əməliyyat zamanı 2 hərbçi ölüb, 4-ü yaralanıb.