Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən mövqelərinə 268 zərbə endirərək 82 obyekti məhv edib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.
sabahinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Silahlı Qüvvələr Baş qərargahının məlumatına görə, İŞİD-in komanda məntəqələri, silah-sursat anbarları və atəş mövqeləri dağıdılıb.
"Fərat Qalxanı” əməliyyatının başladığı vaxtdan indiyədək ümumilikdə 119 yaşayış məntəqəsi yaraqlılardan təmizlənib, 1010 kvadratkilometr ərazi Azad Suriya Ordusunun nəzarəti altına keçib.