Türkiyə ordusu üç şəhid verdi

Türkiyənin Şırnak bölgəsində partlayış baş verib.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Şırnak vilayətinin Qabar dağı bölgəsində baş verib. Belə ki, Türkiyə ordusu tərəfindən PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı terrorçuların ərazidə öncədən quraşdırdıqları partlayıcı qurğu işə düşüb.

Nəticədə 3 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Məlumata görə, bölgədə terrorçu PKK-ya qarşı antiterror əməlliyyat keçirilir. Verilən son məlumata əsasən əməliyyat zamanı 5 terrorçu öldürülüb. Əməliyyat davam edir.