Türkiyə parlamentin sədri xəstəxanalıq oldu - YENİLƏNİB

"Türkiyə parlamentinin sədri İsmail Kahramanın səhhəti yaxşıdır". 
"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu onun müalicə olunduğu Güvən xəstəxanasından bildiriblər.
Məlumata görə, onun ağciyərində infeksiya təsbit edildiyindən müalicəsi ciddi rejimdə davam etdirilir.
Xəbərdə həmçinin vurğulanıb ki, İsmail Kahraman Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə qatılmayacaq və bu məsələ ilə bağlı parlamentdəki səsvermədə iştirak edə bilməyəcək.

----------

12:45

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman reanimasiyadadır.

Sabahinfo.Az "Haberler"ə istinadla bildirir ki, dekabr ayında əməliyyat olunan sədr yenidən xəstəxanaya yatırılıb.

Onun hazırkı vəziyyəti barədə məlumat verilmir.