Türkiyənin Suriyaya göndərdiyi hərbi qüvvələrin sayı açıqlandı.
Sabahinfo.az-ın "Hüriyyət” ə istinadən məlumatına görə, hazırda Suriyada 200 mexanikləşdirilmiş birlik və 150 xüsusi təyinatlı əsgər olmaqla, ümumilikdə 350 hərbçi İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirir.
Əraziyə yeni türk tanklarının göndərildiyi deyilsə də, bunun sadəcə bir şayiə olduğu və əvvəl də olduğu kimi 15-20 tankın əməliyyatda iştirak etdiyi bildirilir.
Suriya səmalarında hazırda ümumilikdə Türkiyənin 17 hərbi təyyarəsi mövcuddur.
Hərbi əməliyyatların tez bir zamanda bitəcəyi deyilsə də, nə vaxt bitəcəyi dəqiq bilinmir.