Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin (ZRK) birgə istehsalına başlayacaqlar.
Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Moskva və Ankara arasında S-400 raketlərinin əldə edilməsi məsələsində heç bir problem yoxdur.
R.T.Ərdoğan bildirib ki, Türkiyənin özünü müdafiə etmək hüququ var və heç bir ölkə rəsmi Ankaraya göstəriş verə bilməz.