Türkiyədə 101 min nəfər istintaqa cəlb olunub

Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinən 101 min 799 nəfər istintaqa cəlb edilib.

sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslərin 40 min 832 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, FETÖ-yə üzv olmaqda şübhəli bilinən 34 min 907 nəfər istintaqa cəlb edilib. Onların 9 min 795 nəfəri isə sərbəst buraxılıb.