Türkiyədə fövqəladə vəziyyət rejimi daha 90 gün uzadılıb. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar Nazirlər Kabinetinin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib.
Toplantıdan sonra açıqlama verən Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib ki, iclasın nəticələrinə əsasən hökumət oktyabrın 19-dan etibarən Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 90 gün uzadılmasına dair qərar qəbul edib.