Türkiyə parlamenti ölkədə edam cəzasının bərpasına dair məsələnin baxılması üçün hər hansı müzakirələr aparmayıb.
Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Avropa İttifaqı işləri naziri Ömər Çelik deyib.
Onun sözlərinə görə, Türkiyə parlamenti hələ həmin məsələyə baxmağı planlaşdırmır.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının qəbul edilməsi ölkə üzrə müzakirə olunur.