Türkiyədə məscidin talvarı çökdü: 3 ölü, 23 yaralı - YENİLƏNİB

Sabahinfo.Az Milliyət-ə istinadən xəbər verir ki, Ataköy məscidinin talvarının uçması nəticəsində yaralananların sayı artıb. Əvvəlcə bu rəqəmin 10 olduğu göstərilsə də, son məlumata əsasən, yaralıların sayı 23-dür  

Hadisə nəticəsində ölənlərin sayı 3-dür.

--------

16:44

Hadisədə yaralanan 10 nəfər bölgədəki xəstəxanalara yerləşdirilib.

Sabahinfo.Az xəbər verir ki, hadisə yerinə gələrək araşdırmalar aparan Bakırköy Bələdiyyə başçısı Bülent Kerimoğlu 3 nəfərin öldüyünü də bildirib.

---------

16:09

İlkin məlumata görə, məscidin talvarının uçması nəticəsində 10 nəfər yaralanıb.

Sabahinfo.Az xəbər verir ki, xilasetmə dəstələri uçqunun altında qalanların olması ehtimalı ilə axtarış tədbirlərini davam etdirilər.

---------

15:41

Uçqun altında qalan insanların olduğu deyilir.

Sabahinfo.Az xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım brqadaları cəlb edilib. 

İstanbulda başda şəhid cənazələri olmaqla, xeyli sayda cənazə namazının qılındığı Ataköy 5. Kısım Məscidi, Türkiyənin ən böyük talvar sisteminə sahib idi. Çökən talvarın vətəndaşların qarlı və yağışlı havada çətinlik çəkməmələri üçün hazırlandığı deyilir.

----------

15:34

Türkiyənin Ataköy ərazisindən gələn xəbər hər kəsi şok edib.

Sabahinfo.Az Milliyet-ə istinadən xəbər verir ki, Ataköy məscidinin minarəsinin üzərinə qar yığılması nəticəsində tavan cənazə namazı qılanların üzərinə düşüb.

Yaralıların olduğu deyilir.