Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş və həmin partiyadan olan millət vəkili Sürəyya Öndər 5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
sabahinfo.az bildirir ki, Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, Türkiyə prokurorluğu bu şəxslərə qarşı PKK lideri Abdulla Ocalanın təbliğatını aparmaqla bağlı ittiham irəli sürəcək.