PKK terror qruplaşmasının üzvləri Türkiyənin şərqində, Ərzincan və Sivas vilayətlərinin arasında, yük qatarını partladıblar.
sabahinfo.Az-ın məlumatına görə, bu barədə oktyabrın 11-də Haber 7 qəzeti yazır.
Bildirilir ki, terrorçular dəmir yolunu öncədən əldə düzəldilmiş və məsafədən idarə olunan partlayıcılarla minalayıblar.
Zərərçəkənlər və hadisənin təfərrüatları barədə məlumat yoxdur.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.