Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin diplomatik missiyasında müvəqqəti nümayəndənin nazirliyə çağırılmasına dair göstəriş verib.
sabahinfo.Az RT-yə istinadən xəbər verir ki, türk diplomatının Almaniya XİN-ə çağırılmasına səbəb Türkiyədə ötən gecə kürdyönümlü partiyanın deputatlarının saxlanılmasıdır.
"Heç kim Türkiyənin terror təhlükəsinə qarşı fəaliyyət və insan ölümünə səbəb olan çevriliş cəhdinin qanuni yolla araşdırma hüququnu inkar etmir. Amma bu müxalifəti susdurmaq üçün bəraət deyil”, - alman nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Noyabrın 4-nə keçən gecə Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının liderləri və partiyanın doqquz parlamentarisi həbs olunub. Həmçinin Türkiyənin Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan da həbs edilib.