Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq.

E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək.

Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb.