Türkiyənin Azərbaycanın müstəqilliyini tanımasından 25 il ötür

Türkiyə və Azərbaycan xalqları arasında kökleri uzun bir tarixi keçmişə dayanan bağlar mövcuddur. Bu bağları Azərbaycanın müstəqilliyindən keçən 25 il ərzində daha da möhkəmləndirmişik”. sabahinfo.az saytı xəbər verir ki, bu fikirlər Türkiyə Cümhuriyətinin Azərbaycandakı səfirliyinin iki ölkə arasındakı əlaqələrin yenidən qurulmasının 25 illiyi ilə bağlı yaydığı məlumatda bildirilir.

 

Məlumatda daha sonra vurğulanır ki, ötən müddət ərzində hər sahədə inkişaf edən əlaqələr iki qardaş xalqın rifahına xidmət edib. Bu münasibətlə eyni zamanda bölgəyə sülh və rifah gətirməklə Orta Asyadan Avropaya qədər geniş bir coğrafiyanın inkişafına yardımçı olub.

"İki dövlət, bir millət” şüarına sadiq olaraq iki ölkə arasında əlaqələrin qarşıdakı illərdə də inkişaf etdirilməsi şübhəsizdir.