Türkiyənin baş naziri: Ermənistana “dur” deməyin vaxtı çatıb

"Artıq söz zamanı deyil, iş görülməlidir”.

Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik.

sabahinfo.az-ın APA-ya istinadən verdyi məlumatına görə, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımkeçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur” deməyin vaxtı çatıb.

"ATƏT-in Minsk qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar.

Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb”, - B.Yıldırım vurğulayıb.