Suriyanın Əl-Bab şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda aparılan döyüşlərdə Türkiyənin bir hərbi qulluqçusu həlak olub, ikisi yaralanıb.
Sabahinfo.Az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.
Yaralılar Türkiyədəki xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, Türkiyə ordusunun ötən il avqustun 24-dən Suriyada başladığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində indiyədək 70 türk hərbçi həlak olub.