Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı arasında keçirilən dördtərəfli görüşün nəticələrini açıqlayıb.
"APA-Economics”in xəbərinə görə, M. Şevçoviç öz Twitter hesabı vasitəsilə bildirib ki, Türkmənistan "Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaq niyyətini qoruyur.
"Aşqabadda baş tutan görüş gələcək əməkdaşlığa stimul verəcək”, - deyə vitse-prezident qeyd edib.
Qeyd edək ki, Aşqabadda baş tutan görüşün əsas məqsədi Türkmənistan təbii qazının Trans-Anadolu Boru Xətti (TANAP) layihəsinə cəlb olunması ilə bağlı müzakirələrin aparılması olub.
Görüşdən sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, müzakirələrin yekununda Türkmənistanın təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb.