“Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi...”

“Bu gün bizim üçün həbsdə nə jurnalist var, nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox, könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var”.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.

Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti öz vətəndaşına, o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq müdafiə təşəbbüslərinə ehtiyac yoxdur”, - millət vəkili qeyd edib.