Ukrayna Aİ-ni məhkəmə ilə hədələdi

Kiyev Avropa İttifaqına Varşavanın ardınca Avropa Komissiyasını və Avropa tənzimləyici-şirkəti "Qazprom”a OPAL qaz kəməri ilə qazzın nəqlinə icazə verdiyinə görə, məhkəməyə verəcəyinə dair xəbərdarlıq edib.

sabahinfo.Az-ın məlumatına görə, bu barədə TASS nəşri yazır.

"Avropalı tərəfdaşlarımıza, Avropa İttifaqının rəhbərliyinə OPAL üzrə qərara yenidən baxılmadığı halda, polşalı tərəfdaşlarımızın Avropa komissiyasına və tənzimləyicisinə dair iddiaya qoşalacağımız barədə xəbərdarlıq etmişik”, - bu barədə Ukraynanın "Sol sahil” nəşrinə diplomatik mənbə bildirib.  

Avropa Komissiyası oktyabrın 28-də Üçüncü enerji paketində OPAL qaz kəmərinin 50% gücünün azaldılmasını təsdiq edib, beləliklə də "Qazprom”a Avropaya qaz nəql etmək imkanını artırmış olub. 

36 milyard kub metr gücü olan OPAL qaz kəməri Ukraynadan yan keçərək Mərkəzi və Şərqi Avropanın bazarına çıxış imkanı verir. Almaniyada yerləşir və "Şimal axını”nı Mərkəzi və Qarbi Avropanın qaz nəqliyyat sistemi ilə birləşdirir. OPAL üzrə qaz Almaniyanın Çexiya sərhəddinə qədər olan hissəsinə nəql edilir.