Bu ilin noyabr ayına qədər Vergilər Nazirliyinin dövlət büdcəsinə ödədiyi vəsaitin miqdarı açıqlanıb. Lent.az Nazirliyin saytına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295 milyon 813,0 min manat vəsait ödənilib.
Nazirlik bildirir ki, bu göstərici ilə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.
Cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb.