Vyetnamda güclü daşqınlar ən azı 11 nəfərin ölümünə səbəb olub.
sabahinfo.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, bu barədə "Indian Express” nəşri xəbər yayıb.
"İndi bizim prioritet vəzifəmiz - insanların həyatlarını xilas etməkdir”, - deyə yerli məmurlardan biri qəzetə bildirib.
Nəşrin məlumatına görə, daşqınlar nəticəsində 30 mindən çox ev su altında qalıb.
Hakimiyyət orqanları təbii fəlakətdən zərər çəkmiş ərazilərdə içməli suyun və qida məhsullarının çatdırılmasını təşkil edir. Daşqınların olduğu regiona aviareyslər ləğv edilib.
Qeyd edək ki, güclü yağışlar çərşənbə günündən davam edir. Daşqınlar ölkənin şimalı və cənubu arasında nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub. Buna görə də zərər çəkmiş rayonlara yardımların çatdırılması çətinləşib.