"Erməni soyqrımı”nı dəstəkləyən türk millət vəkillərinə türk demək olmaz.
sabahinfo.az xəbər verir ki, bunu Xalq artisti Ramiz Məlik Almaniya Bundestaqının "erməni soyqırımı” qətnaməsini dəstəkləyən Türkiyə əsilli Almaniya vətəndaşı olan millət vəkillərinin məlum addımlarına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, həmin şəxslər erməniyə satılmış, damarlarında erməni qanı olan xainlərdir.
"Türkiyənin qanunları ilə onlar vətən xainləri elan olunmalıdırlar. Onlar türk adını öz üzərilərindən götürməlidirlər.
Bundestaqın tualet kağızı olan qətnaməsi isə bozqurd türkü öz yolundan çəkindirə bilməz!!!!
Ey türk, özünə gəl, sən özünə gələndə, böyük olursan!!!” - deyə, o, sözlərinə əlavə edib.