Yeni Azərbaycan Partiyası (YAP) 31 dekabr 2014-cü il tarixinə olan illik maliyyə hesabatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”na uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, partiyanın 2014-cü ilə dair illik maliyyə hesabatı YAP İdarə Heyətinin 29 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir.
YAP-ın illik maliyyə hesabatları hər il İdarə Heyətində təsdiq edildikdən sonra gəlir və xərclər, eyni zamanda bu xərclərin təyinatı barədə həm bütün partiya üzvlərinə, həm də geniş ictimaiyyətə ətraflı məlumat verilir.