Yaponiyanın Küsü adasında Aso vulkanı püskürməyə başlayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Kumamoto prefekturasında yerləşən Aso dünyanın ən böyük vulkanlarından biridir.
Qeyd olunur ki, apreldə baş verən sonuncu püskürmə nisbətən zəif olub. 2014-cü ildə Asonun püskürməsi nəticəsində onlarla aviareys ləğv edilmişdi.