Avropa Şurası (AŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
nizamlanması prosesində ATƏT-in Minsk qrupunun səylərinə və həmsədrlərin
fəaliyyətinə dəstək verir. Trend-in Ermənistan mətbuatına istinadən
verdiyi məlumata görə, bunu AŞ-nin baş katibi Torbyorn Yaqland
Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə deyib. Onun sözlərinə
görə, sülhün əldə edilməsi üçün münaqişə tərəfləri arasında dialoq
qurmaq vacibdir.