"Azərbaycanda yaşayış minimumunun məbləği artır. Yeni büdcə paketində sosial müdafiə məsələlərinə ayrılan vəsaitdə də artım var”.
sabahinfo.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
"Gələn ilin dövlət büdcəsinə görə sosial müdaifə xərclərində artım var. Sosial müdafiə sistemində 1-2 faiz artım nəzərdə tutulub. Bu da möhtərəm prezidentin sosial müdafiəyə göstərdiyi qayğının təzahürüdür”-deyə deputat bildirib.