Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib.
sabahinfo.Az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.
"Saba” agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.
Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək verir.