Yerevanda qarşıdurma güclənir - yaralanan və həbs olunanlar var...

Ermənistan paytaxtında iyulun 17-dən post-patrul alayının binasını ələ keçirən bir qrup silahlı şəxslə hakimiyyət qüvvələri arasındakı qarşıdurma davam etməkdədir. 
sabahinfo.az saytı xəbər verir ki, iyulun 31-də silahlı qrupun bir üzvü – Sedrak Nazaryan güllə yarası alıb. Onu xəstəxanaya yerləışdiriblər.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar. Məlumata görə, silahlı dəstənin iki üzvü - Ruben Qriqoryan və Gevork Melyonyan da təslim olub. 

Bu arada silahlı şəxslər girov saxladıqları 2 tibb işçisini buraxıblar. 

Bundan az əvvəl silahlı dəstənin liderlərindən olan Pavel Manukyan həbs edilib.

Qeyd edək ki, iyulun 17-də Yerevan polisinin post-patrul alayının binasını ələ keçirən bir qrup silahlı şəxslə atışmada 1 polis əməkdaşı ölüb, 2-si isə yaralanıb. Alayın ərazisində olanlar girov götürülüb”. Silahlı qrup "Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Post-patrul alayı yerləşən ərazi mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilib.