Dubayda hüquq-mühafizə orqanlarının start verdiyi layihə hamının marağına səbəb olub.
sabahinfo.Az publika.az-a istinadən bildirir ki, layihəyə əsasən 2017-ci ildən başlayaraq yol polislərini robotlar əvəz edəcək. Son model texnologiya ilə təchiz olunan robot polislər hələlik mütəşəkkil cinayətkar axtarışına çıxmayacaq. Robotlar şübhəli sürücülərin aşkarlanması və cərimələnməsi prosesini həyata keçirəcək. Robot polislər cəriməsi olan maşınları dərhal tanıdığından, sürücülərin cəzadan qaçma ehtimalı da azalır.