Yunanıstanda aviadispeçerlər bazar günündən etibarən 4 günlük tətilə başlayır.
Trend RİA Novostiyə istinadən xəbər verir ki, mülki aviasiyadakı islahatlara qarşı keçirilən tətil zamanı ölkənin bütün aeroportları fəaliyyətini tamamilə dayandıracaq.
Tətil nəticəsində ölkənin turizm sahəsinə də ciddi ziyan dəyəcək. Yunanıstanın iri turizm şirkətlərindən bildiriblər ki, dövlət onlara dəymiş ziyanla bağlı heç bir kompensasiya ödəmir.