Dünya milyarderləri ABŞ Prezidenti Donald Tramp ətrafında yaranan skandaldan sonra ümumilikdə 35 milyard dollar itiriblər.
Sabahinfo.az xəbər verir ki, bu barədə informasiyanı "Blumberq” agentliyi yayıb. Agentlik qalmaqal nəticəsində Bil Qeytsin 1 milyard dollar itirdiyini bildirib.
Qeytsin sahibi olduğu "Maykrosoft şirkətinin aksiyaları isə 2,8% ucuzlaşıb. Ən böyük itki verənlərdən biri də "Amazon” şirkətinin sahib Cef Bezos olub. Bezosun şirkətinin aksiyaları 2,2% ucuzlaşıb və 1,7 milyard dollar itirib.
Ən böyük itkiyə Feysbukun sahibi Mark Zukerberq məruz qalıb. Zukerberqin şirkətinin aksiyaları 3,3% ucuzlaşıb və Feysbuk 2 milyard dollar itirib.
Qeyd edək ki, dünən Amerikanın fond indeksləri Tramp ətrafında yaranan qalmaqallara görə son 8 ayın ən aşağı həddinə düşüb. Belə ki, "S&P” indeksi 1,8%, "Dou Cons” 1,8%, NASDAQ 2,6% geriləmə nümayiş etdirib.