“Prezidentimizin səhhəti çox yaxşıdır, səsi də çox yaxşı gəlir. Davamlı olaraq telefon danışıqları da aparır”.
Sabahinfo.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, özünün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxladığını vurğulayıb: “Çox şükür, səsi yaxşı gəlirdi”.
Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərinə də toxunub. Çavuşoğlu qeyd edib ki, səfərin reallaşması Türkiyə Prezidentinin koronavirus testlərinin nəticəsindən asılı olacaq: “Bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.
Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un Omicron ştamına yoluxub.