Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılmasında Ermənistana göstərilən yardımı yüksək qiymətləndirir.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməni həmkarı Ararat Mirzoyan ilə görüşündə deyib.
Onun sözlərinə görə, o, Ararat Mirzoyanla Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş addımların sürətləndirilməsi ilə bağlı razılığa gəlib.
Çavuşoğlu Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş gözləyir ki, bu da onun sözlərinə görə, regionda əlverişli vəziyyət yaradacaq.