Çində kömür mədənində faciə: Azı 57 nəfər itkin düşdü

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində kömür mədənində çökmə baş verib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, faciə nəticəsində azı 57 fəhlə itkin düşüb.

Hadisə Alaşan vilayətində baş verib. 200-ə yaxın xilasedici və digər təcili yardım xidmətlərinin nümayəndələri hadisə yerinə gəliblər. Xilasetmə əməliyyatı davam edir.