ABŞ Prezidenti Co Bayden Ukraynaya şəxsən səfər etməyə hazır olduğunu bildirib.
Birləşmiş Ştatlar lideri bu barədə Merilend ştatında prezident təyyarəsinə minməzdən əvvəl jurnalistlərlə ayaq üstə ənənəvi qısa söhbəti zamanı dilə gətirib.
ABŞ-ın yüksək rütbəli məmurlarının Ukraynaya mümkün səfəri ilə bağlı sualı cavablandıran Bayden bununla bağlı qərarın verildiyini bildirib.