Bir qrup etirazçı ABŞ Prezidenti Co Baydenin Los-Ancelesdə keçirilən sammitdəki çıxışını kəsməyə cəhd ediblər.
ABŞ liderinin çıxışının əvvəlində arxa cərgələrdə olan şəxslər şüarlar səsləndirməyə başlayıb.
Lakin mətbuat nümayəndələri etirazçıların səsləndirdiyi şüarların məzmununu müəyyənləşdirə bilməyiblər.
Təhlükəsizlik xidmətinin əməkdaşları etirazçıları zaldan çıxarıblar.
Oxşar etiraz həmçinin küçədə, Birləşmiş Ştatlar liderini daşıyan kortejin sammitin keçirildiyi binaya yaxınlaşdığı zaman da baş verib.